Modern.az

AXCP-nin şöbə sədrinə cinayət işi açıldı

AXCP-nin şöbə sədrinə cinayət işi açıldı

Aktual

19 Mart 2024, 10:16

Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləti davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir