Modern.az

YAP Kəlbəcər rayon təşkilatının Novruz təbriki - FOTO

YAP Kəlbəcər rayon təşkilatının Novruz təbriki - FOTO

Aktual

19 Mart 2024, 09:41

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon Təhsil sektorunun Kəlbəcər rayon 14 saylı orta məktəbi üzrə YAP Kəlbəcər rayon təşkilatının Ərazi  üzrə Partiya təşkilatında 18 Mart 2024-cü il tarixində Novruz bayramına həsr olunmuş tədbir kecirildi.

 

Tədbirdə məktəbin müəllim-şagird kollektivi iştitak edirdi. Məktəbin direktoru YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatının sədri Mərziyyə Baxşəliyeva ilk önçə Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.  Bildirib ki, Novruz  xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz bayramı həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Mərziyə Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşmasından, Novruz ənənələrini layiqincə yaşadan Prezident İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlərin bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələri olmasından, Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bir çox mənəvi sərvətimiz kimi, Novruz bayramının da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən bəhs edib. Məktəblilərin təqdimatında  Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Novruz bayramına, xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalara, siniflərin nümunəvi çıxışlarına tamaşa edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir