Modern.az

200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs tutuldu

200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs tutuldu

Aktual

19 Mart 2024, 11:40

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.

 

Saxlanılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.

 

Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir