Modern.az

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşdü

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşdü

Aktual

28 Mart 2024, 07:58

Bu gün 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb.

 

Modern.az xəbər verir ki, səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.

 

Öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər. Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər.

 

Həmçinin şəhid ailələri Xocavənd rayonuna da gedəcəklər.

 

Qeyd edək ki, ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir