Modern.az

Hacıqabulda “Qisas” tamaşası nümayiş etdirildi - FOTO

Hacıqabulda “Qisas” tamaşası nümayiş etdirildi - FOTO

Aktual

28 Mart 2024, 11:12

Martın 27-də Şirvan Salyan Regional Mədəniyyət idarəsi, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin “Pəncərə” teatrı tərəfindən Hacıqabul rayon Mədəniyyət Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Qisas” tamaşası nümayiş etdirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak edirdi.

 

Zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız zaman-zaman müstəqilliyə gedən yolda öz əzəli düşmənləri tərəfindən faciələrə, deportasiyalara və soyqırımlara məruz qalmışdır. Əgər 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik  Respublikası xalqımıza mart soyqırımı qurbanlarının qanı bahasına başa gəlmışdirsə, 1991-ci il müstəqilliyimizin bərpası tarixə 20 yanvar şəhidlərinin qanı ilə yazılmışdır.

 

1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni vəhşiliyinin  qurbanı olmuşdur. Bakıda, Qubada, Qusarda, Şamaxıda, Hacıqabulda, Salyanda, Lənkəranda, Qarabağda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, demək olar ki, bütün Azərbaycan ərazisində xalqımıza  qarşı soyqırımı törədilmiş, daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla  kütləvi qırğınlar həyata keçirilmişdir.

 

Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli  soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

 

Qürurverici məqam ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqı zaman-zaman əzəli düşmənimiz tərəfindən törədilən deportasiya, soyqırım və işğal niyyətinə Dəmir Yumruqla cavab verərək torpaqlarımızın böyük bir hissəsini düşmən tapdağından azad etdi. 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları nəticəsində doğma torpaqlarımızda separatizmin beşiyi ələ keçirildi, separatçılar həbs olunaraq istintaq orqanlarına təhvil verildilər. Qarabağın digər əraziləri kimi Xankəndi şəhərində azərbaycan bayrağı qaldırıldı, əli günahsız Azərbaycanlıların qanına batmış Stepan Şaumyanın adı tarixə qovuşdu.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir