Modern.az

Bələdiyyə torpaqları üzərində hərrac və ya müsabiqə hansı qaydada keçirilir?

Bələdiyyə torpaqları üzərində hərrac və ya müsabiqə hansı qaydada keçirilir?

Aktual

28 Mart 2024, 15:15

Baş Prokurorluq Bələdiyyə torpaqları üzərində hərrac və ya müsabiqənin keçirilməsi qaydaları suallara aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, qyadalara əsasən, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini hərracı (müsabiqəni) təşkil etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsinə göndərir.

 

Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunmalıdır.

 

Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları barədə məlumatları haradan almaq olar?

 

Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları haqda məlumatları Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetindən və Komitənin www.emdk.gov.az və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin www.auksion.gov.az rəsmi internet saytından əldə etmək olar.

 

Bələdiyyə mülkiyyətində olan torpaqların satışı Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən müsabiqə və hərrac yolu ilə satılır və ya icarəyə verilir.

 

Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə kimlərə üstünlük verilir?

 

Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:

 

a) Bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;

 

b) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə;

 

c) Yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

 

d) Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;

 

e) Müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;

 

f) Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün, həyətyanı sahə və bağ sahəsi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.

 

Hansı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir?

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"nın 10-cu bəndinə əsasən aşağıdakı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir:

 

1. ərizələr bildirişdə göstərilən müddət keçdikdən sonra verildikdə ;

 

2. ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxs verdikdə.

 

Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı keçirilən hərrac və müsabiqədə qalib olan şəxslə neçə gün müddətində müqavilə bağlanır?

 

Bələdiyyə mülkiyyətinə olan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və icarəyə verildikdə müsabiqə və hərracın qalibinə müvafiq şəhadətnamə verilir və bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.

 

Bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti nəyə əsasən müəyyənləşdirilir?

 

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normatv qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.

 

Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

 

Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir rəsmiləşdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir