Modern.az

Gənc uzman həkim Sumqayıt Tibb Mərkəzində işə BAŞLADI

Gənc uzman həkim Sumqayıt Tibb Mərkəzində işə BAŞLADI

Aktual

29 Mart 2024, 10:00

Uzman oftalmoloq-cərrah Rəsul Dadayev Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasının Göz şöbəsində fəaliyyətə başlayıb.

 

R.Dadayev 1993-cü ildə Zaqatala rayonunda anadan olub.

 

2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.

 

2017-2018-ci illərdə Türkiyənin Ankara şəhərində “Hacettepe” Universitetinin Tibb fakültəsində klinik təcrübə keçib.

 

2018-2022-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Oftalmologiya kafedrasında uzmanlıq təhsili alıb.

 

2018-2022-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Oftalmologiya kafedrasında cərrah-oftalmoloqun köməkçisi kimi çalışıb.

 

2023-cü ilin fevral-noyabr aylarında özəl tibb müəssisələrində cərrah-oftalmoloq işləyib.

 

2019, 2020 və 2022-ci illərdə Türk Oftalmoloji Dərnəyinin Milli Konqreslərində təqdimatlarla çıxış edib.

 

Müxtəlif elmi konfransların iştirakçısı olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?