Modern.az

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Aktual

29 Mart 2024, 11:40

“Crocus City Hall”da törədilən terror aktı nəticəsində zərər çəkənlərin sayı 382 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə TASS-a hadisə ilə bağlı yaradılan Tibbi Mərkəzdən bildirilib.

“Yenilənmiş məlumatlara görə, 9-u uşaq olmaqla 382 nəfər xəsarət alıb. Əksəriyyətə, yəni 217 zərərçəkənə ambulator yardım göstərilib. Əvvəllər 165 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 96-sı artıq evə buraxılıb”, - deyə mənbə qeyd edib.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Silahlı şəxslər konsert zalına soxularaq tamaşaçılara atəş açıblar.

Hadisə nəticəsində 143 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?