Modern.az

Arif Hacılıdan İsa Qəmbərin başqanlığa qayıtmağına reaksiya: Məndən başqa...

Arif Hacılıdan İsa Qəmbərin başqanlığa qayıtmağına reaksiya: Məndən başqa...

Aktual

2 Aprel 2024, 17:51

Müsavat Partiyası qurultayla bağlı hazırlıqlarını başa çatdırıb.

Partiya nəzərdə tutulan qurultayını may ayının 4-nə təyin edib.

Yayılan məlumatlara görə, Musavat Məclisinin martın 30-da keçirdiyi iclasda çıxış edən sədr Nüşabə Sadıxlı sabiq başqan İsa Qəmbərin yenidən siyasi təşkilatıın rəhbərliyinə namizəd olması təklifi ilə çıxış edib.

Onun bu təklifinin dəstəkləndiyi bildirilir. Bu gün Müsavat fəalları da sosial şəbəkədə İsa Qəbmərin Müsavat başqanı postuna qayıtması üçün kampaniya başladıblar.

Modern.az məsələ ilə bağlı Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Arif Hacılı İsa Qəmbərlə bağlı təklifə açıq münasibət bildirmək istəməyib. O, bunları deyib:

"Bəli, partiya may ayında növbəti qurultayın keçirilməsi ilə bağlı qərar verib. İstər başqanlığa, istər Məclis üzvlüyünə, həm də Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlüyünə seçkilər keçiriləcək. Müsavat Partiyasının başqanlığına məndən başqa hər bir üzv öz namizədliyini irəli sürə bilər. Əminəm ki, partiya üzvləri namizədlərdən ən layiqlisini başqan seçəcəklər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!