Modern.az

Bakıda duman müşahidə olunur - Səbəb AÇIQLANDI

Bakıda duman müşahidə olunur - Səbəb AÇIQLANDI

Aktual

10 Aprel 2024, 09:22

Hazırda ölkə ərazisində duman müşahidə olunur. Duman ilin keçid dövrləri üçün xarakterik olan əsasən gecə və səhər saatlarında müşahidə edilən atmosfer hadisəsidir. Yer səthinə yaxin hava qatında su buxarlarının kondensasiyası nəticəsində duman əmələ gəlib.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklər vasitəsilə Abşeron yarımadasına hərəkət edib.

Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunur və görünüş 50-200 metrədək məhdudlaşıb.

Cənub-şərq küləyinin axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın dağılmasına səbəb olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!