Modern.az

Alman səfirə normallaşma barədə məlumat verildi 

Alman səfirə normallaşma barədə məlumat verildi 

Aktual

10 Aprel 2024, 21:43

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı yeni təyin olunmuş səfiri Aleksandr Qraf Lambsdorfu qəbul edib.

 

Modern.az xəbər verir ki, P.Bülbüloğlu həmkarını səfir təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 

Azərbaycan səfiri qonağa Rusiyadakı diplomatik korpusun duayeni qismində fəaliyyəti və bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər və əhəmiyyətli mədəni layihələr barədə məlumat verib.

 

Almaniya səfiri Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı son proseslərlə maraqlanıb.

 

P.Bülbüloğlu almaniyalı həmkarına Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib, regionda baş verən son hadisələr və müasir reallıqlar barədə ətraflı danışıb.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər məsələləri müzakirə olunub.

 

A.Lambsdorff öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və çox maraqlı söhbətə görə təşəkkür edib.

 

Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!