Modern.az

ABŞ-da itlər üçün aviareyslər açılacaq

ABŞ-da itlər üçün aviareyslər açılacaq

Aktual

15 Aprel 2024, 17:30

ABŞ-da itlər üçün oyuncaq istehsal edən “Bark” şirkəti yalnız itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulan “Bark Air” aviakompaniyasını yaradıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, aviakompaniya hələlik Nyu-Yorkdan Los-Ancelesə və Londona uçuşlar həyata keçirəcək.

 

Nəşrin məlumatına görə, birtərəfli daxili uçuş it və sahibi üçün 6 min dollara, transkontinental uçuş isə 8 min dollara başa gələcək. Aviakompaniya yeddi it və on insanın daşınması üçün uyğunlaşdırılan “Gulfstream G500” biznes-reaktiv təyyarəsinə malikdir. Onun göyərtəsində heyvanlar üçün ədyal və yastıqlar, yeməklər, oyun meydançası, səs-küyün qarşısını alan qulaqcıqlar və sakitləşdirici jiletlər olacaq.

 

“Bark Air” aviakompaniyası ilk uçuşunu may ayında həyata keçirməyi planlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!