Modern.az

Şəxsiyyət vəsiqələri ilə bağlı qanunvericililiyə dəyişikliklər ediləcək - Nazir

Şəxsiyyət vəsiqələri ilə bağlı qanunvericililiyə dəyişikliklər ediləcək - Nazir

Aktual

16 Aprel 2024, 12:07

Rəqəmsal cəmiyətin formalaşması üçün onun komponentləri çox önəmlidir. Ötən illər ərzində bizim dövlətimiz tərəfindən biznes fərdləri üçün “Digital Finance” platfotması təqdim olunub. Bu gün platformanın artıq 100-dək iştirakçısı var və 100-150 minədək tranzaksiya reallaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərbaycan Insurtech Zirvəsi”ndə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, yaxın bir il ərzində biznesin inkişafına önəmli töhfə verən, həmçinin sığortaçıların geniş istifadə etdiyi SİMA yeni nəsil elektron imza digər uğur sayıla bilər.

 

"Bu ilin sonunadək dövlət tərəfindən təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericililiyə dəyişikliklər ediləcək. Qeyd olunan sənədlər dövlət tərəfindən cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40 faizini əhatə edir. Bununla bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək. Bu dəyişikliklərlə bu ilin sonunadək dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək”, - deyə R.Nəbiyev qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!