Modern.az

Rusiya Ukrayna ilə barışığı müzakirə edə bilər 

Rusiya Ukrayna ilə barışığı müzakirə edə bilər 

Aktual

16 Aprel 2024, 17:57

Rusiya bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunları (iyulun 26-dan avqustun 11-dək) zamanı Ukrayna ilə barışığın yaradılmasını müzakirə edə bilər, lakin Kiyevin mövqeyi ilə bu proses həmişə mürəkkəbləşir.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa lideri Emmanuel Makronun sülh təşəbbüsü ilə bağlı sualını cavablandırarkən bildirib.

Peskovun sözlərinə görə, rəsmi Kiyevin atəşkəs dövründə yenidən silahlanmaya can atacağına qarantiya yoxdur. Peskovun sözlərinə görə, Rusiya danışıqlardan imtina etmir.

Fransa prezidenti Emmanuel Makron Çin lideri Si Cinpinlə Paris Olimpiya Oyunları zamanı atəşkəs və dünyada bütün silahlı münaqişələrin dayandırılması məsələsini müzakirə etmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişəyə də aiddir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!