Modern.az

Keçmiş məcburi köçkünlərə mina təhlükəsinə dair təlim keçirilib - FOTO

Keçmiş məcburi köçkünlərə mina təhlükəsinə dair təlim keçirilib - FOTO

Aktual

19 Aprel 2024, 13:54

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypa Cəmiyyətinin (AzQAÇ) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə təlimlərə başlanılıb. Maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mərhələli sürətdə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.

 

İlk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayondakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəblilər üçün təşkil olunub.  "Qapı-qapı" və "Məktəb"  formatında keçirilən təlim sessiyaları AzQAÇ-ın 3 mütəxəssisdən və 10 nəfər könüllüdən ibarət heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” ssesiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. “Məktəb” sessiyasında isə təlimlər sinif otaqlarında şagird qrupları üçün interaktiv formada keçirilib.

 

Təlimlərin hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə məlumatlar verilib, maarifləndirici broşürlər paylanıb, nəzəri və praktik vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri  xatırladılıb.

 

Mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 1500-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir