Modern.az

Qazaxın Xeyrimli kəndində minatəmizləmə işləri aparılır

Qazaxın Xeyrimli kəndində minatəmizləmə işləri aparılır

Aktual

2 May 2024, 09:37

Ermənistan Respublikasının Daxili İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanla sərhəddəki Tavuş rayonunda minatəmizləmə zonaları üzrə ağır iş aparılır.

Modern.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş rayonunun Kirants kəndi (ER) və Qazax rayonunun Xeyrimli kəndi (AR) ərazisindəki hissəsində minalardan təmizləmə işləri aparır. Məqsəd Ermənistan Respublikası və Azərbaycan Respublikasının ekspert qruplarının geodeziya ölçmələri əsasında sərhədin dəqiqləşdirilməsi üçün koordinatları müəyyən etməkdir”.

Bildirlib ki, Ermənistan Daxili İşlər Nazirliyi minatəmizləmə zonalarına mülki şəxslərin daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş xidmət tədbirləri həyata keçirir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi