Modern.az

Binəqədidə AKS avtomatı aşkarlandı

Binəqədidə AKS avtomatı aşkarlandı

Aktual

2 May 2024, 10:03

Bakı şəhəri, Binəqədi rayonunda 1 ədəd AKS markalı avtomat aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi