Modern.az

"Tabor komandiri” kursunu bitirənlərə sertifikatlar verildi - FOTO

Aktual

4 May 2024, 10:12

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat - Taktiki fakültənin “Tabor (divizion) komandiri” səviyyəsində təkmilləşdirmə kursunun 66-cı buraxılış mərasimi keçirilib.

 

Müdafiə nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitutun rektoru polkovnik Elnur Əsgərli kursu bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

 

Dinləyicilər kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Sonra kursu bitirən məzunlara sertifikatlar təqdim olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi