Modern.az

Şəhid Milli Qəhrəmanın anım mərasimi keçirilib - FOTO

Şəhid Milli Qəhrəmanın anım mərasimi keçirilib - FOTO

Aktual

4 May 2024, 10:48

Goranboy rayonun Tap Qaraqoyunlu kənd Şəhidlər Xatirə Abidə Kompleksində, şəhid  Milli Qəhrəman Niyazi Aslanovun anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə, icra başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri, Tap Qaraqoyunlu kəndindən olan şəhid ailələri və müharibə iştirakçıları, kənd ictimaiyyətinin nümayəndələri və bir qrup ictimai fəallar iştirak ediblər.

 

Mərasim iştirakçıları tərəfindən, 1-ci Qarabağ müharibəsi şəhidimiz, Azərbaycanın Milli Qəhrəmanı Aslanov Niyazi Şərəfxan oğlunun büstü və Xatirə Kompleksi ziyarət olunub, Şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub. Məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş edirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi