Modern.az

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

4 May 2024, 13:42

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

 

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov Modern.az-a bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16 metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

 

Xidmət rəsmisi "Küləyə qalib gəl" şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi