Modern.az

ÜST rəsmisi Azərbaycana təşəkkür etdi

ÜST rəsmisi Azərbaycana təşəkkür etdi

Aktual

7 May 2024, 14:46

Başda Türkiyə və Azərbaycan olmaqla, peyvəndlərini, maskalarını və qoruyucu vasitələrini əvvəldən bir çox ölkələrlə paylaşan türk dövlətlərinə səmimi təşəkkürümü bildirirəm.

 

Modern.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe "Anadolu" agentliyinə müsahibəsində deyib.

 

O qeyd edib ki, bəzi ölkələrin peyvəndlərini və maskalarını paylaşmadığını gördük, Şəffaflığa və alətlərin, texnologiyaların və vaksinlərin paylaşılmasına ehtiyac var.

 

"Başda Türkiyə və Azərbaycan olmaqla, peyvəndlərini, maskalarını və qoruyucu vasitələrini əvvəldən bir çox ölkələrlə paylaşan türk dövlətlərinə səmimi təşəkkürümü bildirirəm.

 

Türk Dövlətləri Təşkilatı üçün “Həmrəylik” boş söz deyildi və bu gün bütün ölkələrin etməli olduğu da budur", - deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi