Modern.az

Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

Aktual

7 May 2024, 19:09

Azərbaycanda analıq məzuniyyəti sistemi hazırda 183 nömrəli konvensiyaya uyğundur. Bu uyğunluq analıq məzuniyyətinin müddətini, analığa görə pul müavinətlərini, sosial sığorta təminatını, ayrı-seçkiliyə yol verilməməsini əhatə edir.

 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində “Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzusunda qiymətləndirmənin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Azərbaycanda atalıq məzuniyyəti (14 günlük, ödənişsiz), uzunmüddətli qayğı məzuniyyəti və təxirəsalınmaz məzuniyyət (ödənişsiz) ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən addımlara ehtiyac var.

 

Onun sözlərinə görə, Azərbaycan BƏT-in “Analığın müdafiəsi haqqında” 183 nömrəli və “Ailə vəzifələri olan işçilər haqqında” 156 nömrəli Konvensiyasını təsdiq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi