Modern.az

Əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilib

15 May 2024, 10:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, onlardan 3,5 mini təkərli oturacaq (o cümlədən 6-sı mühərrikli təkərli oturacaq), 835-i aşağı və yuxarı ətraf protezi, 944-ü eşitmə aparatı, 953-ü qoltuqaltı və dirsəkaltı ağac olub.

 

Həmçinin əlilliyi olan şəxslərə 1073 cüt protez ayaqqabı, 1,8 min cüt ortopedik ayaqqabı, 29 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

 

Bu ilin 4 ayında ümumilikdə 5,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok açıqlama - Sülhməramlıların yerinə onlar Qarabağa göndərilir