Autizm Assosiasiyasının baş katibi vəfat edib

Autizm Assosiasiyasının baş katibi vəfat edib

4 Fevral 2023, 09:11

Azərbaycan Autizm Assosiasiyasının baş katibi Cavid Allahverdiyev ötən gecə qəfildən dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı mərhumun dostları sosial şəbəkədə paylaşıblar.

Onun ürəktutmasından vəfat etdiyi bildirilir.

42 yaşlı C.Allahverdiyev həm də idman jurnalisti kimi tanınırdı. O, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) İcraiyyə Komitəsinin üzvü idi.

Mərhum "Sportsman" jurnalının əməkdaşı olmaqla yanaşı, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında (AİPS) da təmsil olunurdu.

Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Medvedevdən Haaqa məhkəməsinə şok hədə