Modern.az

Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Ölkə

Bu gün, 16:38

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. 

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl E.Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni nəfəs aparatına qoşulmuşdu. 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)