Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyeva vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib:
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi adından Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyevanın vaxtsız vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət eləsin!"