Modern.az

Elmira Şabanovanın dəfn yeri məlum oldu

Elmira Şabanovanın dəfn yeri məlum oldu

Allah rəhmət eləsi̇n

Bu gün, 20:07

Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum olub.

Bu barədə Modern.az-a mərhumun qızı Leyla Şabanova məlumat verib.

O, bildirib ki, Xalq artisti sabah Yasamal qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.

Qeyd edək ki, E. Şabanova bu gün saat 16 radələrində həyatını itirib.

***

18:47

Xalq artisti Elmira Şabanova vəfat edib.

Modern.az xəbər verir ki, o, bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutundada əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib.

Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.

Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.

 

"Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmi ilə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.

 

Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI