Qazaxıstanın görkəmli alimi, dünya şöhrətli antropoloq Orazak İsmaqulov noyabrın 24-də vəfat edib.
Modern.az xəbər verir ki, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki 96 yaşında dünyasını dəyişib.
Alimin vəfatı ilə bağlı məlumatı Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi, eləcə də Qazaxıstan Milli Muzeyinin rəhbərliyi təsdiqləyib.
Tarix elmləri doktoru, professor Orazak İsmaqulov Qazaxıstanda milli antropologiya məktəbinin banisi hesab olunur. O, ölkədə ilk etnik antropologiya laboratoriyasını yaradıb və yarım əsrdən çox müddətdə qazax xalqının mənşəyini, etnogenezini və tarixi varisliyini tədqiq edib.
Orazak İsmaqulov öz fundamental elmi tədqiqatları ilə Türk dünyasının ortaq tarixi irsinin öyrənilməsinə də mühüm töhfələr verib.