Modern.az

Ermənistan Ağdamda mülki əhalini atəşə tutdu: ölən və yaralananlar var

Ermənistan Ağdamda mülki əhalini atəşə tutdu: ölən və yaralananlar var

Aktual

2 Oktyabr 2020, 09:57

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

“Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada