Modern.az

Əfqanıstan “ASAN Khedmat”dən Azərbaycana dəstək  

Əfqanıstan “ASAN Khedmat”dən Azərbaycana dəstək  

Aktual

2 Oktyabr 2020, 17:12

Əfqanıstanın “ASAN Khedmat” qurumu Azərbaycanın öz ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apardığı savaşa dəstəyini nümayiş etdirib.

 

Modern.az-ın məlumatına görə, qurumun rəsmi “Twitter” səhifəsində paylaşdığı məlumatda deyilir: “Əfqanıstan heç vaxt sizin dəstəyinizi unutmayacaq. Sizinlə birlikdə bu çağırış qarşısında məğrurcasına dayanmışıq. Bu çətin zamanlarda siz yalnız deyilsiniz!”

 

Twit Afghanistan_AsanKhedmat_Stands_By_Azerbaijan, AzerbaijanIsNotAlone, KarabakhisAzerbaijan, StopArmenianAgression həştəqləri ilə paylaşılıb.

 

Əfqanıstanın “ASAN Khedmat” qurumu 2016-cı ildə dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modeli əsasında təsis olunub. Əfqanıstanda ilk “ASAN Khedmat” mərkəzi 2 yanvar 2019-cu il tarixində paytaxt Kabil şəhərində fəaliyyətə başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada