Modern.az

Baş nazir əsasnamədə dəyişiklik etdi  

Baş nazir əsasnamədə dəyişiklik etdi  

Aktual

2 Oktyabr 2020, 17:44

Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi səhifəsində məlumat paylaşılıb.

 

Qərara əsasən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə yeni 1.13-cü bənd əlavə edilib. 

 

Həmin bəndə əsasən, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların iki rəsmiləşdirildiyi gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil etməlidirlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada