Modern.az

Türkiyədə daha 63 nəfər koronavirusdan öldü

Türkiyədə daha 63 nəfər koronavirusdan öldü

Aktual

2 Oktyabr 2020, 23:23

Türkiyədə son sutka ərzində daha 63 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 325  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 114 857  nəfərdən 1 442-nin cavabı pozitiv çıxıb.  Müalicə olunan 1 506  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 282 657  nəfər təşkil edir".

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır