Modern.az

Oğrular saxlanıldı

Oğrular saxlanıldı

Aktual

15 Noyabr 2021, 15:21

Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər rayon sakini Arabaçılar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri - Şəhriyar Şahmalızadə və Tural Vəliyev saxlanılıb.

 

Onların 3 100 manat pul və qızıl-zinət aşyaları oğurladıqları aşkar olunub.

 

Ş.Şahmalızadənin ətrafında aparılan tədbirlərlə kənd ərazisində yerləşən daha bir evdən də mətbəx əşyaları oğurladığı müəyyən edilib.

 

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?