Modern.az

Rotterdamda Zəfər TURNİRİ

Rotterdamda Zəfər TURNİRİ

Aktual

15 Noyabr 2021, 15:50

 

Niderlandın Rotterdam şəhərində fəaliiyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin nəzdindəki “Qarabağ” idman klubunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan “Zəfər türniri”ndə 7-14 yaş arası şahmatçılar iştirak ediblər.

 

Turniri giriş sözü ilə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açıb. Qarabağda əldə etdiyimiz parlaq qələbəyə həsr olunmuş turniri məmnunuyyətlə təşkil etdiklərini vurğulayan konqres sədri şahmatçılara uğurlar arzulayıb. 7 raunddan ibarət olan turnirin qalibi Əli Məmmədov olub. II yeri Əli Yılmaz, III yeri Xosrov Ağayev qazanıb.

 

Qaliblərə və iştirakçılara kuboklar və sertifiktlar təqdim olunub.

 

Qeyd edək ki, şahmatçıların gərgin mübarizəsini Azərbaycan və türk icmalarının nümayəndələri izləyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?