Modern.az

“O insanlara yox, divara vururdu” – Hüseyndən açıqlama

“O insanlara yox, divara vururdu” – Hüseyndən açıqlama

Aktual

17 Aprel 2022, 22:49

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıda fanatları ilə görüşdə səhnədə dayanan şəxsin insanları qayışla vurmasını əks etdirən görüntülərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bloger bu barədə özünün instaqram hesabında paylaşım edib.

 

Hüseyn həmin şəxslə görüşdüyünü bildirib:  “O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.

 

Qeyd edək ki, bu gün Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Bakıda ticarət mərkəzlərindən birində fanatları ilə görüşü zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, səhnədə yer alan şəxslərdən biri fanatları qayışla vurub. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər xoş qarşılanmayıb.

 

Həmçinin oxuyun:

Hüseyn biabırçı görüntülərə münasibət bildirdi - VİDEO

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı