Modern.az

Yaşayış binasında təhlükə aradan qaldırıldı

Yaşayış binasında təhlükə aradan qaldırıldı

Aktual

11 May 2022, 14:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsinin eyvanında 2 ədəd peyk antenasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər antenaları müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı