Modern.az

İrəvanda yenə aksiyalar başladı

İrəvanda yenə aksiyalar başladı

Aktual

11 May 2022, 16:52

Ermənistan müxalifəti İrəvanda elan etdiyi genişmiqyaslı mitinqə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Hazırda paytaxtın Fransa meydanına bir neçə yüz insan toplaşıb. Nümayişçilərin sayı hər dəqiqə artır. Yaxınlıqda onlarla polis əməkdaşı dayanıb, lakin aksiyaçılara müdaxilə edilmir.

 

Qeyd edək ki, mayın 2-dən başlayaraq Ermənistanda müxalifətin genişmiqyaslı etiraz aksiyaları keçirilir. Müxalifət fəalları Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı