Modern.az

Millimizin kapitanı Macarıstan çempionu oldu

Millimizin kapitanı Macarıstan çempionu oldu

Aktual

11 May 2022, 22:04

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova “Vaşaş” klubunun heyətində Macarıstan çempionu olub.

 

Modern.az xəbər verir ki, voleybolçumuzun komandası final seriyasında “Bekeşçaba”ya ümumi hesabda qalib gəlib - 3:2. Rəqib komandanın meydanında keçirilən həlledici - beşinci görüşdə “Vaşaş” 3:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Oyunda A.Abduləzimova 9 xal toplayıb.

 

Beləliklə, “Vaşaş” qızıl het-trikə imza atıb. Komanda ölkə çempionluğu və kubokunu qazanıb, həmçinin Mərkəzi Avropa Zonal Assosiasiyasının (MEVZA) turnirinin qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!