Modern.az

Türkiyədə AĞIR QƏZA: Ölən və yaralananlar var

Türkiyədə AĞIR QƏZA: Ölən və yaralananlar var

Aktual

11 May 2022, 22:59

Türkiyənin Manisa əyalətində fabrik işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə Turqutlu rayonunda baş verib.

 

Qəza zamanı azı 1 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Yaralılardan 7-sinin vəziyyəti ağır qiymətləndirilir.

 

Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi hələlik açıqlanmayıb.

 

Faktla əlaqədar araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı