Çinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında göyərtəsində 122 nəfərin olduğu "Tibet Airlines" şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Airbus A319" model təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.
Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanından bildirilib ki, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyə edilib. Onların arasına 40 nəfərdən çoxunun yüngül xəsarət aldığı qeyd edilib.