İndi Ukraynada iki kritik nöqtə var. Bunlar Mariupol və Luqansk istiqamətidir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
"Ən çətin iki nöqtə Mariupol şəhəri, Azovstal və Luqansk istiqamətidir. Ruslar, həmçinin İzyum istiqamətində cəmləşməyə çalışırlar. Onlar həm Luqanska, həm də Donetsk vilayətinə əlavə qüvvələr toplayır. Bundan başqa Ukrayna qoşunları şimalda Xarkovdan işğalçıları geri çəkib və bəzi yerlərdə Ukraynanın dövlət sərhədinə yaxınlaşdırıb. Rusiya qoşunlarının Xarkov vilayətindən bir hissəsi Donbasa köçürülür. İstiqamətlərdən birində ruslar 300-ə qədər texnika gətiriblər", - nazir müşaviri əlavə edib.