Modern.az

Ukraynalı qaçqınların sayı 8 milyonu ötəcək - BMT

Ukraynalı qaçqınların sayı 8 milyonu ötəcək - BMT

Aktual

13 May 2022, 08:58

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı ilk gündən indiyədək 6 milyondan çox ukraynalı ölkəsini tərk edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda bildirilib.

 

Son məlumatlara əsasən, digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.

 

BMT-nin proqnozlarına görə, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri ötəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı