Modern.az

Nazir müavininin rəqs görüntülərindən danışdı - VİDEO

Nazir müavininin rəqs görüntülərindən danışdı - VİDEO

Aktual

13 May 2022, 11:02

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasileva haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

 

Modern.az xəbər verir ki, nazir “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını vurğulayıb.

 

Nazir bildirib ki, həmin video əvvəlcədən sosial şəbəkələrdə yox idi: "Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, həmin adamın kimliyini bildik”.

 

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun rəqs videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı