Modern.az

Deputat Sahil Babayevi parlamentə ÇAĞIRDI

Deputat Sahil Babayevi parlamentə ÇAĞIRDI

Aktual

13 May 2022, 12:00

"Milli Məclisdə qaldırdığımız məsələlərə cavab verilmir".

 

Modern.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov deyib.

 

Deputat təklif edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə parlamentdə görüş keçirilsin: "Müzakirə edək ki, biz hər dəfə bu məsələləri plenar iclasda qaldırmalı olmayaq". 

 

Spiker Sahibə Qafarova məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə tapşırıq verib: 

 

"Bir neçə dəfə belə müzakirələr keçirmişik. Musa müəllim, belə fikirləri toplayıb, cavablandırarsınız".

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!