Modern.az

72 min manatlıq ziyana görə 5 cinayət işi başlanıldı

72 min manatlıq ziyana görə 5 cinayət işi başlanıldı

Aktual

13 May 2022, 12:22

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatala rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

 

Baş Prokurorluğunun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dövlət və bələdiyyələ torpaqlarında, həmçinin ağackəsmənin icazə verilmədiyi ərazilərdə  ərazilərdə meşə fonduna daxil olmayan və meşə fonduna aid olan ağacların kəsilməsi nəticəsində ümumilikdə 72 min manat ziyan dəyib.

 

Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərilərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması müəyyən edilib.
 
Cinayət işləri Azərbaycan Respublikası CM-nin 259.1, 259.2.4 və 314.1 maddələsi ilə başlanılaraq istintaqın aparılması üçün rayon aidiyyəti üzrə rayon prokurorluqlarına göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı