ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın milli təhlükəsizlik üzrə eks-müşaviri Robert Makfarleyn vəfat edib.
Modern.az xəbər verir ki, “Vashinqton Post”un yazdığına görə, onun 84 yaşı var idi.
Oğlu Skott Makfarleynin sözlərinə görə, atasının ölümün səbəbi əvvəllər yoluxmuş ağciyər xəstəliyinin kəskinləşməsi olub. Makfarleyn Vaşinqtonda yaşayırdı və Miçiqanda qohumlarını ziyarət edərkən xəstəxanaya yerləşdirilib.
1970-ci illərin əvvəllərində o, eyni zamanda dövlət katibi və prezident Riçard Niksonun milli təhlükəsizlik üzrə müşaviri olan Henri Kissincerin hərbi köməkçisi olub.
1979-cu ildə hərbi təqaüdə çıxdıqdan sonra Makfarleyn Senatın Silahlı Qüvvələr Komitəsində, sonra isə Reyqan administrasiyasının ilk illərində dövlət katibi Aleksandr Heyqin müşaviri vəzifəsində çalışıb.