Modern.az

Lavrov Qərbi hibrid müharibəsində ittiham etdi

Lavrov Qərbi hibrid müharibəsində ittiham etdi

Aktual

14 May 2022, 17:21

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, istisnasız olaraq hamı Qərbin Rusiyaya qarşı elan etdiyi hibrid müharibənin nəticələrini hiss edəcək.


Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, Lavrov Rusiyanın sanksiyalardan çəkinmədiyini vurğulayıb.


"Kollektiv Qərb bizə qarşı total, hibrid müharibə elan etdi və bunun nə qədər davam edəcəyini təxmin etmək çətindir, lakin bunun nəticələrini istisnasız olaraq hamının hiss edəcəyi aydındır".


Nazirin sözlərinə görə, Rusiya birbaşa qarşıdurmadan qaçmaq üçün hər şeyi etdi.

"Biz sanksiyalara yad deyilik, onlar demək olar ki, həmişə bu və ya digər formada olub", - Lavrov deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı