Modern.az

Rusiya Moskvabununla əvəzlədi

Rusiya “Moskva”nı bununla əvəzlədi

Aktual

15 May 2022, 09:22

Rusiya Federasiyasının Qara Dəniz Donanması batan “Moskva” raket kreyseri əvəzinə yeni flaqman seçməyə qərar verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Simbalyuk “Facebook” hesabında məlumat paylaşıb.

 

“Qara Dəniz Donanmasının komandanlığı aprelin 14-də batan “Moskva” raket kreyserinin yerinə yeni flaqman təyin etmək qərarına gəlib. Bu, hazırda Qara Dəniz Donanmasının əməliyyat qrupunun yerləşdirildiyi Project 11356R “Admiral Makarov” freqatıdır”, - o deyib.

 

Jurnalist əlavə edib ki, donanma komandanlığı “Admiral Makarov”un “Moskva”nın taleyini təkrarlama ehtimalına hazırlıqlıdır. Bu zaman Qara dəniz donanmasının flaqmanı estafeti “Admiral Essen” freqatına keçəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı