İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda II turun matçları bu gün keçiriləcək.
Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında gün ərzində 4 qarşılaşma oynanılacaq.
Görüşlərdən öncə fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadənin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq, mərhumun ruhu ehtiramla anılacaq. Eyni zamanda fəxri qonaqlar iştirakçı komandalara uğurlar arzulayacaq, topa rəmzi toxunuş edəcək və xatirə fotosu çəkdirəcəklər.
Oyunların proqramı və fəxri qonaqlar bunlardır:
15 may
II tur
B qrupu
10:00. "Xocalı" - "Şuşa" (Mətbuat Şurasının sədri Əflatun Amaşov və Vətən müharibəsi qazisi, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuş kapitan Anar Əhmədov)
11:00. A qrupu: "Xocavənd" - "Cəbrayıl" ("Neftçi" klubunun prezidenti Kamran Quliyev, MMA döyüşçüsü Nəriman Abbasov və onun şəxsi məşqçisi, "Azerbaijan Fight Club" və "TT Fight Club"un əslən Xocavənd rayonundan olan prezidenti Şəhriyar Abbasov)
12:00. D qrupu: "Xankəndi" - "Ağdam" (Milli Məclisin deputatları - 26 saylı Sabunçu birinci seçki dairəsindən Fazil Mustafa və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Arzu Nağıyev, İsgəndər Cavadov Bakı Futbol Akademiyasının vitse-prezidenti Yaşar Seyidov, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla)
13:00. C qrupu: "Qubadlı" - "Kəlbəcər" (Milli Məclisin deputatı - 123 saylı Kəlbəcər Seçki Dairəsindən Aqil Məmmədov, Azərbaycanın tanınmış cüdoçusu, qadınlardan ibarət milli komandanın məşqçisi, əslən Kəlbəcərdən olan Kifayət Qasımova və Azərbaycan Televiziyasının şəhid operatoru, "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, əslən Qubadlıdan olan Sirac Abışovun qardaşı Şirzad Səmədov)