Modern.az

Britaniyada “Meymun çiçəyi” yayılır

Britaniyada “Meymun çiçəyi” yayılır

Aktual

15 May 2022, 10:08

Böyük Britaniyanın Səhiyyə Agentliyi (UKHSA) daha iki nəfərdə “meymun çiçəyi” xəstəliyinə yoluxma faktını qeydə alıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, barədə agentliyin açıqlamasında bildirilir.

 

Bundan əvvəl mayın 7-də britaniyalı həkimlər Britaniyada xəstəliyə ilk yoluxma halı barədə məlumat vermişdilər.

 

“Bu xəstələr eyni evdə birlikdə yaşayırlar. Onların mayın 7-də elan edilmiş əvvəlki təsdiqlənmiş hadisə ilə əlaqəsi yoxdur. Onların harada və necə yoluxduğu hələ də araşdırma mövzusu olaraq qalır”, - deyə bildirilir.

 

Yoluxmuş xəstələrdən biri hazırda London xəstəxaxasının yoluxucu xəstəliklər şöbəsində tibbi yardım alır, ikincisi təcrid olunub və hazırda stasionar müalicə tələb etmir.

 

Qeyd edək ki, “Meymun çiçəyi” nadir virus infeksiyasıdır və insanlar arasında da yayılır. Xəstəlik adətən yüngül keçir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər.

 

Xəstəliyin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Çox vaxt üzdən başlayan və sonra bədənin digər hissələrinə yayılan səpgi yarana bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı